—

Azərbaycandan Gürcüstana keçmək istəyərkən saxlanıldılar - FOTO

2,333
Azərbaycandan Gürcüstana keçmək istəyərkən saxlanıldılar - FOTO
Dinləmək üçün basın

Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin toxunulmazlığının tə­min edilməsi tədbirləri davam etdirilir.

Azərbaycan Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin toxunulmazlığının tə­min edilməsi tədbirləri davam etdirilir.

InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Sərhəd Xidmətinin Mətbuat Xidmətindən məlumat verilib.

Verilən məlumata görə, 2020-ci ilin 10 avqust tarixində saat 03:05 radələrində “Şəmkir” sərhəd dəstəsinin Ağs­tafa rayonunun Sadıqlı kən­dinin yaxınlığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazi­sində Azərbaycan Res­publikasından Gürcüstan istiqa­mə­tində naməlum şəxs­lərin hərəkəti sər­həd naryadı tərəfin­dən aşkar edilib.

Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılmış, xidməti əra­­zi qapadılmış və sərhəd naryadı tərəfindən “Dayan” əmri verilib. Nəti­cədə xidməti ərazidə hərəkətdə olan 14 nəfər şübhəli şəxs sərhəd pozucusu qismində saxlanılıb.

Saxlanılmış şəxlərin Ağstafa rayon sakinləri olma­ları müəyyən edil­­­miş, onlardan 7-sinin azyaşlı olması nəzərə alınmaqla Ağs­ta­fa rayonu icra hakimiy­yətinin başçısı yanında yetkinlik yaşına çat­ma­yanların işləri və hüquqlarının mü­da­fiəsi üzrə komissiyaya təhvil veriliblər.

Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdi­ri­lir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Zaxarova: Gürcüstan diplomatik münasibətlərin bərpası təşəbbüsü ilə çıxış etməyibSalome Zurabişvili: 28 noyabr hamımızındır, əsas odur ki, parlament qarşısında vahid güc nümayiş etdirəkLevani Çotorlişvili: Müxalifət hər bir bədbəxt hadisədən siyasi məqsədlər üçün istifadə edirGorduladze: Zorakılıq və konstitusion qurumları ələ keçirmək cəhdlərinə baxmayaraq, dövlət öz vəzifəsinin öhdəsindən gəlibGorduladze: “Guram Şaradze üç güllə, o cümlədən iki nəzarət atəşi ilə öldürülüb – qətl 2007-ci ildə baş verib”Son xəbərlərə bax →