—

Güclü qar səbəbilə bəzi yollarda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edildi

658
Güclü qar səbəbilə bəzi yollarda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edildi
Dinləmək üçün basın

Qar yağması ilə əlaqədar beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri -Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib, digər növ avtonəqliyyat…

Qar yağması ilə əlaqədar beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri -Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir. 

InterPress.ge xəbər verir ki, məlumatı Avtomobil Yolları Departamenti yayıb.

Milli Ətraf Mühit Agentliyindən verilən məlumata görə, Mleta-Qudauri və Qudauri-Kobi hissələrində nəqliyyatın hərəkəti fasiləsiz rejimdə, Qudauri-Kobi hissəsində isə yalnız uçqundan mühafizə tunelləri vasitəsilə həyata keçiriləcək.

Qeyd olunan rejimdə nəqliyyat vasitələrinin hərəkəti patrul polisinin bilavasitə nəzarəti və koordinasiyası ilə həyata keçiriləcək.

Qar yağması ilə əlaqədar Kutaisi (Motsameta)-Tkibuli-Ambrolauri avtomobil yolunun km39-km52 hissəsində (Nakerala aşırımı) qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti isə qadağan deyil.

Yolun qalan hissələrində avtomobillərin hərəkəti sərbəstdir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →