—

Gürcüstan 2030-cu ilədək Aİ-yə daxil olmağa hazır olacaq

363
Gürcüstan 2030-cu ilədək Aİ-yə daxil olmağa hazır olacaq
Dinləmək üçün basın

Gürcüstan 2030-cu ilədək Avropa İttifaqına (Aİ) üzv olmağa tam hazır olacaq.

Gürcüstan 2030-cu ilədək Avropa İttifaqına (Aİ) üzv olmağa tam hazır olacaq.

InterPress.ge xəbər verir ki, bu barədə hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının sədri İrakli Kobaxidze “İmedi” telekanalının efirində deyib.

“Biz söz verə bilərik ki, Gürcüstan 2030-cu ilədək Avropa İttifaqına üzv olmağa hazır olacaq”.

Siyasətçi Gürcüstan və Moldovanın imkanlarını müqayisə edərək ölkəsinin iki il ərzində iqtisadi göstəricilərini önəmli dərəcədə artırdığını və bunun Aİ-yə daxil olması üçün həlledici amillərdən biri olduğunu qeyd edib.

“Gəlin iqtisadiyyatı götürək, Gürcüstan və Moldovanı müqayisə edək. Bu il və təkcə keçən il biz Moldova iqtisadiyyatı ilə fərqi 8 milyard dollar artırdıq. Bu o deməkdir ki, biz Avropaya inteqrasiya yolunda Moldova ilə müqayisədə 8 milyard dollar irəlidəyik. Nəhayət, üzvlük məsələsi gündəmə gələndə əsas meyar yenə də iqtisadiyyat olacaq”, – Kobaxidze vurğulayıb.

Aİ-nin dekabrda keçirilmiş sammitində Ukrayna və Moldova ilə 2024-cü ilin martında və ya daha sonra başlaya biləcək üzvlük danışıqlarına start vermək qərara alınıb. Sammitdə Gürcüstana Aİ-yə üzvlüyünə namizəd statusunun verilməsi də elan edilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →