—

Rusiyada sərnişin təyyarəsi uçuş-enmə zolağı əvəzinə donmuş çaya enib

588
Rusiyada sərnişin təyyarəsi uçuş-enmə zolağı əvəzinə donmuş çaya enib
Dinləmək üçün basın

Aн- 24 təyyarəsi Rusiyanın Yakutiya ərazisində uçuş-enmə zolağı əvəzinə donmuş Kolıma çayına enib. Təyyarə “Polar Airlines” şirkətinə məxsusdur.

Aн- 24 təyyarəsi Rusiyanın Yakutiya ərazisində uçuş-enmə zolağı əvəzinə donmuş Kolıma çayına enib. Təyyarə “Polar Airlines” şirkətinə məxsusdur.

InterPress.ge xəbər verir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin nümayəndəsi açıqlama verib.

Onun sözlərinə görə, təyyarədə 30 sərnişin və dörd ekipaj üzvü olub.

İlkin məlumata görə, insidentə səbəb "təyyarəni idarə edərkən ekipajın səhvi" olub. Açıqlamada sərnişinlər arasında iki uşağın olduğu qeyd edilib. Hadisə zamanı xəsarət alan olmayıb. Təyyarə "Yakutsk - Zirianka - Srednekolimsk - Yakutsk" reysini yerinə yetirirmiş - eniş zamanı uçuş-enmə zolağından çıxıb.

Daha sonra sərnişinlər hava limanının binasına gətirilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →