—

"Ölkə daxilində avropalı kimi yaşamalıyıq" - Kaxa Kaladze

511
"Ölkə daxilində avropalı kimi yaşamalıyıq" - Kaxa Kaladze
Dinləmək üçün basın

Kaxa Kaladze “İmedi”nin efirində Gürcüstanın namizəd statusu almasından danışıb.

Kaxa Kaladze “İmedi”nin efirində Gürcüstanın namizəd statusu almasından danışıb.

InterPress.ge xəbər verir ki, onun sözlərinə görə, namizəd üzvlüyü uzunmüddətli prosesdir və o, ölkəni Avropa İttifaqına daxil olmaq kimi son məqsədə aparmalı olan islahatların həyata keçirilməsinə razıdır.

Paytaxt meri ölkədə əhalinin avropalı kimi yaşamalı olduğunu deyib və avropalılığın nə olduğunu açıqlayıb.

“Avropalılıq nədir? - Bunlar insan hüquqları, söz və ifadə azadlığı, mülkiyyət hüquqlarıdır. Ölkədə baş verənlər və hər şeyin necə dəyişdiyi barədə bir çox istiqamətdə danışa bilərik.

Ölkə daxilində avropalı kimi yaşamalıyıq; Hər birimiz avropalı kimi yaşamalıyıq və cəmiyyətdə bu münasibət olmalıdır".

Paytaxt meri hesab edir ki, Gürcüstanın bu gün namizəd statusu alması “Gürcü Arzusu”nun 2012-ci ildən yürütdüyü siyasətin və ardıcıllığın nəticəsidir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →