—

Gürcüstanda daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə!

1,046
Gürcüstanda daimi və ya müvəqqəti yaşayan Azərbaycan Respublikası vətəndaşlarının nəzərinə!
Dinləmək üçün basın

Azərbaycanın Gürcüstandakı səfirliyi Azərbaycan vətəndaşlarına seçkilərlər bağlı məlumat dərc edir.

Azərbaycanın Gürcüstandakı səfirliyi Azərbaycan vətəndaşlarına seçkilərlər bağlı məlumat dərc edir.

InterPress.ge xəbər verir ki, məlumatda bildirilir:

"7 fevral 2024-cü il tarixinə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində bu ölkədə yaşayan vətəndaşlarımızın seçki hüquqlarının təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyində seçki məntəqəsi yaradılacaqdır.

Gürcüstanda daimi və ya müvəqqəti yaşayan, eləcə də uzunmüddətli ezamiyyətdə olan 18 yaşı tamam olmuş Azərbaycan Respublikası vətəndaşlarının seçki siyahısına əlavə olunmaları məqsədilə cari ilin 29 dekabr tarixinədək aşağıda qeyd olunmuş əlaqə vasitələri ilə Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinə müraciət etmələri xahiş olunur:

Telefon: +995 555 250 993, +995 32 224 30 04

Elektron poçt: [email protected] 

Azərbaycan Respublikası vətəndaşı seçki siyahısına əlavə edilməsi üçün, müraciət zamanı tam adını (adı, soyadı və ata adı), doğulduğu tarixi (gün, ay və il), qeydiyyatda olduğu və yaşadığı ünvan barədə məlumatı Səfirliyə təqdim etməsi zəruridir".

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →