—

Yanvarın 1-dən etibarən bu avtomobillərin ölkəyə idxalı qadağan ediləcək

1,476
Yanvarın 1-dən etibarən bu avtomobillərin ölkəyə idxalı qadağan ediləcək
Dinləmək üçün basın

2024-cü il yanvarın 1-dən Gürcüstana 2013-cü il də daxil olmaqla istehsal olunan yüngül avtomobillərin idxalı məhdudlaşdırılacaq.

2024-cü il yanvarın 1-dən Gürcüstana 2013-cü il də daxil olmaqla istehsal olunan yüngül avtomobillərin idxalı məhdudlaşdırılacaq.

InterPress.ge xəbər verir ki, bu qərarı iyulda ölkənin baş naziri elan edib.

İrakli Qaribaşvili daha sonra deyib: "Biz ölkədə avtomobillər üçün Avro 5 standartını tətbiq etmək qərarına gəldik. Praktikada bu, 2013-cü ildən əvvəl istehsal olunan avtomobillərin idxalının məhdudlaşdırılacağı deməkdir". O, həmçinin qeyd edib ki, katalizatorların ixracı qadağan olunacaq.

"Daha konkret izah etmək istərdim ki, qeyd olunan tarixlərdən etibarən “Avro 5” standartına uyğun olmayan avtomobil ölkədə dövlət qeydiyyatına alına bilməz. Təbii ki, qəbul edilən qərar ölkədə mövcud avtomobillərə, reeksport və tranzit məqsədilə daxil olan avtomobillərə şamil edilməyəcək”, - baş nazir iyunun 12-də bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →