—

Polşada Marneulidən olan qadının qətlində şübhəli bilinən şəxs axtarışa verilib

1,817
Polşada Marneulidən olan qadının qətlində şübhəli bilinən şəxs axtarışa verilib
Dinləmək üçün basın

41 yaşlı qadını öldürməkdə şübhəli bilinən kişi Gürcüstandadır.

41 yaşlı qadını öldürməkdə şübhəli bilinən kişi Gürcüstandadır.

InterPress.ge xəbər verir ki, bu barədə Polşa mətbuatı prokurorluğa əsaslanaraq məlumat verib.

Mətbuatın yazdığına görə, qətldə şübhəli bilinən 35 yaşlı kişi barəsində İnterpolun qırmızı sirkulyarıyla axtarış elan edilib.

Məlumat üçün bildirək ki, qətl noyabrın 21-də baş verib. Polşa mətbuatı qətlin Gürcüstan vətəndaşlarının kirayə götürdükləri yaşayış mənzilində baş verdiyini yazıb - qadının meyitini qonşular aşkar ediblər.

Polşa mediası hadisə şahidlərinə əsaslanaraq yazıb ki, mənzilə daxil olduqdan sonra maskalı adamın oradan qaçdığını görüblər. Onların məlumatına görə, təqsirləndirilən şəxs gürcü dilində danışıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →