—

Gürcüstanda 9 ayda neçə nəfər öldürülüb? - DİN-dən açıqlama

310
Gürcüstanda 9 ayda neçə nəfər öldürülüb? - DİN-dən açıqlama
Dinləmək üçün basın

Bu ilin 9 ayında Gürcüstanda 52 nəfər qətlə yetirilib. Bundan başqa, yeni doğulmuş körpənin ana tərəfindən qəsdən öldürülməsi ilə bağlı 5 fakt qeydə alınıb.

Bu ilin 9 ayında Gürcüstanda 52 nəfər qətlə yetirilib. Bundan başqa, yeni doğulmuş körpənin ana tərəfindən qəsdən öldürülməsi ilə bağlı 5 fakt qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu, Daxili İşlər Nazirliyinin statistik məlumatında əksini tapıb.

O cümlədən, statistik məlumatlara əsasən, 2023-cü il yanvarın 1-dən sentyabrın 30-dək ölkə ərazisində qəsdən adam öldürmə ilə bağlı 27, ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmə ilə bağlı isə 25 faktı qeydə alınıb. Onların əksəriyyəti - 47 iş açılıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə qəsdən adam öldürmə cinayətləri 8 fakt azalıb, ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürmələrin sayı isə 4 fakt artıb.

Sənədə əsasən, cari ilin 9 ayında yeni doğulmuş körpənin ana tərəfindən qəsdən öldürülməsi ilə bağlı 5 fakt qeydə alınıb. Ötən il sözügedən cinayətlə bağlı 3 fakt qeydə alınıb.

Digər cinayətlərə gəlincə - qurumun məlumatına görə, həmin dövrdə adam öldürməyə cəhdlə bağlı 44, ağırlaşdırıcı hallarda adam öldürməyə cəhdlə bağlı isə 36 fakt qeydə alınıb.

Bundan başqa, intiharla bağlı 982, ehtiyatsızlıqdan ölümə səbəb olmaq ilə bağlı 141 faktı qeydə alınıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →