—

Fransa prezidenti Benyamin Netanyahunu Qəzza zolağı ilə sərhədi açmağa çağırıb

356
Fransa prezidenti Benyamin Netanyahunu Qəzza zolağı ilə sərhədi açmağa çağırıb
Dinləmək üçün basın

Fransa prezidenti Emmanuel Makron İsrailin baş naziri Benyamin Netanyahunu Qəzza zolağı ilə sərhədi açmağa çağırıb. InterPress.ge xəbər verir ki, bu barədə Fransa prezidentinin administrasiyasının Makronla Netanyahu…

Fransa prezidenti Emmanuel Makron İsrailin baş naziri Benyamin Netanyahunu Qəzza zolağı ilə sərhədi açmağa çağırıb.

InterPress.ge xəbər verir ki, bu barədə Fransa prezidentinin administrasiyasının Makronla Netanyahu arasında telefon danışığından sonra dərc etdiyi bəyanatda deyilir.

Makron xüsusilə Netanyahunu Kerem Şalom sərhəd keçidini yenidən açmağa çağırır.

Məlumat üçün bildirək ki, dünən İsrailin anonim yüksək rütbəli məmuru media ilə söhbətində qeyd edib ki, humanitar yardım maşınlarının yoxlanılması üçün sözügedən sərhəd məntəqəsinin yaxın vaxtlarda açılması planlaşdırılır. Sözügedən qərarın Qəzza zolağına daxil olan humanitar yardımı artıracağı gözlənilir.
Telefon danışığında Fransa prezidenti “Qəzzada dinc əhalinin qorunmasının zəruriliyindən” də danışıb və uzunmüddətli atəşkəsə nail olunmasının vacibliyini vurğulayıb.
“İsrail məskunlaşanların İordan çayının qərb sahilində mülki fələstinlilərə qarşı zorakılığına son qoymaq üçün lazımi tədbirləri görməlidir”, - Makron bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →