—

Saxta valyuta satmaq faktı üzrə bir nəfər saxlanıldı

705
Saxta valyuta satmaq faktı üzrə bir nəfər saxlanıldı
Dinləmək üçün basın

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində saxta valyuta satmaq faktı üzrə 1 nəfər saxlanılıb.

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində saxta valyuta satmaq faktı üzrə 1 nəfər saxlanılıb.

InterPress.ge xəbər verir ki, məlumatı Maliyyə Nazirliyinin İstintaq Xidməti yayıb.

Qurumun məlumatına görə, istintaq təqsirləndirilən şəxsin qanunsuz maddi gəlir əldə etmək məqsədilə Kaxetidə 16 ədəd saxta 100 ABŞ dolları satdığını müəyyən edib.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutan 212-ci maddəsinin birinci hissəsi ilə aparılır.

Təqsirləndirilən şəxslə cinayət əlaqəsində olan digər şəxslərin müəyyən edilərək ifşa olunması məqsədilə müvafiq tədbirlər həyata keçirilir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →