—

Azərbaycan Prezidenti: "Azərbaycan və Gürcüstan yaxın tərəfdaşlardır"

1,321
Azərbaycan Prezidenti: "Azərbaycan və Gürcüstan yaxın tərəfdaşlardır"
Dinləmək üçün basın

"Gürcüstan və Azərbaycan yaxın tərəfdaşlardır. Bizim tərəfdaşlığımız təkcə enerji ilə məhdudlaşmır. Bu əməkdaşlığımız özümüzü - hər iki ölkəni Avropada səfərbər olunmuş vahid, strateji əhəmiyyətə malik komanda kimi…

"Gürcüstan və Azərbaycan yaxın tərəfdaşlardır. Bizim tərəfdaşlığımız təkcə enerji ilə məhdudlaşmır. Bu əməkdaşlığımız özümüzü - hər iki ölkəni Avropada səfərbər olunmuş vahid, strateji əhəmiyyətə malik komanda kimi təqdim etməyə imkan verdi".

InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda bildirib.

Gürcüstana müntəzəm olaraq səfərlər etdiyini, Gürcüstanın Baş nazirinin Azərbaycana gəldiyini və hər zaman mühüm məsələləri müzakirə etdiklərini xatırladan dövlət başçısı qeyd edib: “Biz Gürcüstanın Avropa İttifaqına üzv olmaq istəyini tam anlayırıq və Gürcüstana bu işdə uğurlar arzu edirəm”.

Azərbaycan Prezidenti Avropa İttifaqının Gürcüstana artıq müəyyən status şamil etməsi münasibətilə təbriklərini çatdırıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →