—

Ukraynalı general: “Ordu cəbhə xəttində aktiv müdafiəyə keçib”

442
Ukraynalı general: “Ordu cəbhə xəttində aktiv müdafiəyə keçib”
Dinləmək üçün basın

Ukraynalı general-leytenant İqor Romanenko ordunun cəbhə xəttində aktiv müdafiəyə keçdiyini bildirib.

Ukraynalı general-leytenant İqor Romanenko ordunun cəbhə xəttində aktiv müdafiəyə keçdiyini bildirib.

InterPress.ge xəbər verir ki, general bunu “Espresso”ya müsahibəsində deyib.

O bildirib ki, Ukrayna müdafiə sistemini gücləndirməlidir: “Ukrayna 2024-cü il üçün planları həyata keçirmək məqsədilə ehtiyatlar toplamalıdır”.

Generalın sözlərinə görə, indi mövqe döyüşləri gedir: “Ukraynanın nə qədər güc toplaya biləcəyindən asılı olaraq, gələn il üçün plan dəyişəcək”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. V. Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →