—

Prokurorluq Ortaçalada azyaşlının ölümü ilə bağlı yük maşınının sürücüsünə ittiham irəli sürüb

508
Prokurorluq Ortaçalada azyaşlının ölümü ilə bağlı yük maşınının sürücüsünə ittiham irəli sürüb
Dinləmək üçün basın

Gürcüstan Prokurorluğu Ortaçalada azyaşlının ölümü ilə nəticələnən yol qəzası ilə bağlı bir nəfərə qarşı ittiham irəli sürüb.

Gürcüstan Prokurorluğu Ortaçalada azyaşlının ölümü ilə nəticələnən yol qəzası ilə bağlı bir nəfərə qarşı ittiham irəli sürüb.

InterPress.ge xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Daxili İşlər Nazirliyində aparılan araşdırmalarla müəyyən edilib ki, noyabrın 21-də Tbilisi şəhərinin Vaxtanq Qorqasali və B.Kalandadze küçələrinin kəsişməsində yük maşınının sürücüsü nəqliyyat vasitəsinin təhlükəsiz idarə edilməsini təmin etməyib və nəticədə piyada səkisində azyaşlı piyadanı vurub. Aldığı xəsarətlər nəticəsində zərərçəkən yerindəcə ölüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi elə həmin gün saxlayıblar. O, Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin 6-cı hissəsi ilə ittiham olunub və bu, 4 ildən 7 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →