—

Gürcüstanla Azərbaycan arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilib

537
Gürcüstanla Azərbaycan arasında hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə edilib
Dinləmək üçün basın

Azərbaycanda səfərdə olan ölkəmizin Müdafiə İnstitusional İnkişaf Məktəbinin nümayəndələri və “Müdafiə və Təhlükəsizlik Strateji Proqramı” kursunun dinləyiciləri Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunu…

Azərbaycanda səfərdə olan ölkəmizin Müdafiə İnstitusional İnkişaf Məktəbinin nümayəndələri və “Müdafiə və Təhlükəsizlik Strateji Proqramı” kursunun dinləyiciləri Milli Müdafiə Universitetinin Hərbi İdarəetmə İnstitutunu ziyarət ediblər.

InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Nümayəndə heyətinə Milli Müdafiə Universitetinin yaranma tarixi, təhsil sistemi və tədris prosesi, eləcə də elmi fəaliyyəti haqqında brifinq təqdim olunub.

Azərbaycan və Gürcüstanın hərbi təhsil üzrə ekspertləri ilə keçirilən görüşdə ölkələrimiz arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri haqqında danışılıb, ətraflı fikir mübadiləsi aparılıb, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə edilib.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və birgə xatirə şəkli çəkdirilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →