—

İsrail ordusu Qəzza yaxınlığında HƏMAS-ın müdafiəsini yarıb

271
İsrail ordusu Qəzza yaxınlığında HƏMAS-ın müdafiəsini yarıb
Dinləmək üçün basın

İsrail ordusu HƏMAS-ın Qəzza şəhəri ətrafındakı müdafiə xəttini yarıb.

İsrail ordusu HƏMAS-ın Qəzza şəhəri ətrafındakı müdafiə xəttini yarıb.

InterPress.ge “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant bildirib.

"Mən orduya həm bu gün, həm də yaxın günlərdə tapşırıqları yerinə yetirmək üçün hücumu davam etdirmək əmrini verdim. Biz missiyamızı tamamlayana və girovları qaytarana qədər HƏMAS-ın gizlənəcək yeri olmayacaq", - o deyib.

Nazirin sözlərinə görə, qoşunlar Qəzza zolağının şimalına, xüsusən də eyniadlı şəhərə - onların quru hissəsinə nəzarət edirlər.

Bu arada məlum olub ki, İsrail hərbçiləri Qırmızı dəniz hövzəsində raketin qarşısını almaq üçün “Arrow” raketdən müdafiə sistemindən istifadə ediblər, bundan əvvəl Eylatda hava hücumu sirenləri işə düşüb. Hərbçilər raketin İsrail ərazisinə çatmadığını qeyd etsələr də, onu kimin atdığını dəqiqləşdirilməyib.

Xatırladaq ki, HƏMAS-la İsrail arasında müharibə bu il oktyabrın 7-də başlayıb. İsrailin Baş naziri Benyamin Netanyahu daha əvvəl müharibənin uzun çəkəcəyi barədə xəbərdarlıq edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →