—

Aİ Ukraynaya humanitar yardım üçün əlavə 110 milyon avro ayıracaq

291
Aİ Ukraynaya humanitar yardım üçün əlavə 110 milyon avro ayıracaq
Dinləmək üçün basın

Avropa İttifaqı Ukraynaya humanitar yardım üçün əlavə 110 milyon avro ayıracaq. InterPress.ge xəbər verir ki, bu barədə Avropanın humanitar məsələlər üzrə komissarı Janez Lenarçiç məlumat verib.

Avropa İttifaqı Ukraynaya humanitar yardım üçün əlavə 110 milyon avro ayıracaq.

InterPress.ge xəbər verir ki, bu barədə Avropanın humanitar məsələlər üzrə komissarı Janez Lenarçiç məlumat verib.

Məlumdur ki, qeyd olunan məbləğin 100 milyon avrosu Ukraynada yaşayan ukraynalı qaçqınlara, 10 milyon avrosu isə Moldovaya ayrılacaq.

Avropa komissarının sözlərinə görə, qışın gəlişi Ukrayna əhalisi üçün əlavə problemlər yaradır, ona görə də ayrılan məbləğ maddi yardıma, eləcə də vətəndaşların mənzillə təmin olunmasına, tibbi xidmətlərə, psixoloji yardıma və müdafiəyə yönəldiləcək.

Xatırladırıq ki, müharibə başlayandan sonra Avropa İttifaqı Ukraynaya humanitar yardım üçün ümumilikdə 843 milyon avro vəsait ayırıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada partlayış baş verən binanın sakinləri təhlükə ilə üzləşdiklərini bildirirlərŞalva Papuaşvili: “USAID-lə yanaşı, Brüssel də 2024-cü il parlament seçkiləri zamanı Gürcüstana qarşı hibrid hücumun arxasında dayanıb”Daxili İşlər Nazirliyinə yeni təyinatYaşayış massivində baş verən yanğında bir nəfər ölübTbilisidə narkotik cinayətlərinə görə 7 nəfər saxlanılıb – onların 4-ü xarici ölkə vətəndaşıdırSon xəbərlərə bax →