—

Azərbaycan DTX rəisi: "Bəzi dövlətlərin bölgədə vəziyyəti yenidən gərginləşdirmək məqsədilə Ermənistanı silahlandırması qəbuledilməzdir"

484
Azərbaycan DTX rəisi: "Bəzi dövlətlərin bölgədə vəziyyəti yenidən gərginləşdirmək məqsədilə Ermənistanı silahlandırması qəbuledilməzdir"
Dinləmək üçün basın

" Regionda dayanıqlı sülhün yaranmasına əlverişli imkanın mövcud olduğu bir vaxtda bəzi dövlətlərin bölgədə vəziyyəti yenidən gərginləşdirmək məqsədilə Ermənistanı silahlandırması qəbuledilməzdir".

"Regionda dayanıqlı sülhün yaranmasına əlverişli imkanın mövcud olduğu bir vaxtda bəzi dövlətlərin bölgədə vəziyyəti yenidən gərginləşdirmək məqsədilə Ermənistanı silahlandırması qəbuledilməzdir".

InterPress.ge xəbər verir ki, bunu Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev ATƏT Parlament Assambleyasının prezidenti xanım Pia Kaumanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Söhbət zamanı regionda dayanıqlı sülhün yaranmasına əlverişli imkanın mövcud olduğu bir vaxtda bəzi dövlətlərin bölgədə vəziyyəti yenidən gərginləşdirmək məqsədilə Ermənistanı silahlandırmasının qəbuledilməzliyi, belə halların yenidən müharibənın alovlanmasına səbəb olacağı qonağın diqqətinə çatdırılıb.

ATƏT Parlament Assambleyasının prezidenti xanım Pia Kauma isə öz növbəsində təmsil etdiyi təşkilatın Azərbaycanla Ermənistan arasında etimad quruculuğu prosesinə lazımi dəstək verə biləcəyini və bölgənin gələcək təhlükəsizliyi ilə bağlı öz mövqeyini bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →