—

Blinken Qəzza məsələsi ilə bağlı Dövlət Departamentində fikir ayrılıqlarını etiraf edib

302
Blinken Qəzza məsələsi ilə bağlı Dövlət Departamentində fikir ayrılıqlarını etiraf edib
Dinləmək üçün basın

ABŞ dövlət katibi Antoni Blinken Cozef Bayden administrasiyasının İsrail və HƏMAS arasındakı münaqişəyə yanaşması ilə bağlı Departament daxilində fikir ayrılıqlarını etiraf edib.

ABŞ dövlət katibi Antoni Blinken Cozef Bayden administrasiyasının İsrail və HƏMAS arasındakı münaqişəyə yanaşması ilə bağlı Departament daxilində fikir ayrılıqlarını etiraf edib.

InterPress.ge xəbər verir ki, bu barədə CNN Blinkenin işçilərə elektron məktubuna istinadən məlumat yayıb.

“Dövlət Departamentindəki bəzi insanlar bizim yanaşmalarımızla razılaşmaya və ya daha yaxşı bir şey edə biləcəyimizə inana bilər. Mən bilirəm ki, bir çoxlarınız üçün bu münaqişənin verdiyi iztirablar şəxsi əziyyətə yol açır. Mən də uşaqları, yaşlıları, qadınları və digər mülki şəxslərin əzab çəkməsinə baxdığınız zaman hiss etdiyiniz ağrıları hiss edirəm”, – CNN-in əldə etdiyi məktubda deyilir.

Dövlət katibi etiraf edib ki, “həddindən artıq çox sayda mülki fələstinli ölüb” və “onların əzablarını azaltmaq üçün daha çox iş görülməlidir”.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →