—

Kaladze Saakaşvilinin əfv olunması ilə bağlı açıqlama verdi

863
Kaladze Saakaşvilinin əfv olunması ilə bağlı açıqlama verdi
Dinləmək üçün basın

Tbilisi meri Kaxa Kaladzenin bəyanatına görə, Gürcüstan prezidenti Mixeil Saakaşvilini əfv etməyəcək.

Tbilisi meri Kaxa Kaladzenin bəyanatına görə, Gürcüstan prezidenti Mixeil Saakaşvilini əfv etməyəcək.

InterPress.ge xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bu fərziyyənin əsasını Salome Zurabişvilinin aylar əvvəl verdiyi bəyanatlar təşkil edir.

“Düşünürəm ki, Salome Zurabişvili bunu etməyəcək. Çünki o, əsas etibarilə sözünü deyib. Onun sözünün üstündən dönəcəyini düşünmürəm, aylar əvvəl söylədiklərini və həmişə dediklərini yerinə yetirəcəyinə inanıram, amma heç nə istisna edilmir. O, bu addımı atarsa, Saakaşvili və onun siyasi komandasının 9 illik hakimiyyəti dövründə ölkəmizin əhalisinə gətirdiyi bədbəxtliklərin şəriki olacaq”, - deyə Kaxa Kaladze bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →