—

ABŞ Ukraynaya yardım üçün ayrılan vəsaitin 96 %-ni xərcləyib

325
ABŞ Ukraynaya yardım üçün ayrılan vəsaitin 96 %-ni xərcləyib
Dinləmək üçün basın

ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya yardım üçün ayrılan vəsaitin təxminən 96 %-ni xərcləyib.

ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya yardım üçün ayrılan vəsaitin təxminən 96 %-ni xərcləyib.

InterPress.ge xəbər verir ki, bu barədə Ağ evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinqdə jurnalistlərə bildirib.

“Hərbi əməliyyatlar başlayandan bəri Ukraynaya yardım üçün ayırdığımız bütün vəsaiti, yəni 60 milyarddan çox dolları nəzərə alsaq, deməli, təxminən 96 %-ni xərcləmişik. Söhbət təkcə hərbi yardım üçün deyil, həm də maliyyə və iqtisadi dəstək, humanitar yardım üçün puldan gedir”, – Kirbi bildirib.

Onun sözlərinə görə, ABŞ həm də xüsusi olaraq hərbi yardım üçün ayrılan vəsaitin 90 %-dən çoxunu xərcləyib.

“İndi qış başlamazdan əvvəl Müdafiə Nazirliyinin təxminən 1,1 milyard dolları qalıb”, – o əlavə edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →