—

Volodimer Zelenski: ”Ukrayna Aİ yolunda güzəşt tələb etmir“

371
Volodimer Zelenski: ”Ukrayna Aİ yolunda güzəşt tələb etmir“
Dinləmək üçün basın

Ukrayna Avropa İttifaqına gedən yolda güzəşt tələb etmir. InterPress.ge xəbər verir ki, Zelenski bunu Kiyevdə Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə…

Ukrayna Avropa İttifaqına gedən yolda güzəşt tələb etmir.

InterPress.ge xəbər verir ki, Zelenski bunu Kiyevdə Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, üzvlük danışıqlarına başlamaq üçün zəruri olan tövsiyələr yerinə yetirilib.

“Bu, qanunun aliliyinə, etnik qrupların hüquq və azadlıqlarının qorunmasına, dövlət institutlarının işində daha çox şəffaflığa və antikorrupsiya infrastrukturunun gücləndirilməsinə aiddir”, - deyə Zelenski bildirib.

Ukrayna prezidenti qeyd edib ki, Avropa və digər tərəfdaşların dəstəyinin, o cümlədən müdafiə və maliyyə dəstəyinin “güclü və etibarlı qalması” çox vacibdir, çünki “Rusiya görməlidir ki, dünya azadlığı və beynəlxalq hüququ müdafiə edərkən geri çəkilmir. "

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →