—

ABŞ Ukraynaya yeni hərbi yardım paketi verəcək

324
ABŞ Ukraynaya yeni hərbi yardım paketi verəcək
Dinləmək üçün basın

ABŞ Ukraynaya 425 milyon dollar dəyərində hərbi yardım paketi verəcək. InterPress.ge xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi bəyanat yayıb. Bəyanatda bildirilir ki, Kiyevin döyüş meydanında təcili ehtiyaclarını…

ABŞ Ukraynaya 425 milyon dollar dəyərində hərbi yardım paketi verəcək.

InterPress.ge xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi bəyanat yayıb.

Bəyanatda bildirilir ki,  Kiyevin döyüş meydanında təcili ehtiyaclarını qarşılaya bilməsi üçün Ukraynaya 125 milyon dollar dəyərində texnika birbaşa Müdafiə Nazirliyinin anbarlarından gətiriləcək. Qalan 300 milyon dollar isə Ukraynanın Müdafiəyə Yardım Təşəbbüsü (USAI) çərçivəsində veriləcək ki, Kiyev uzunmüddətli perspektivdə hava hücumundan müdafiəni gücləndirə bilsin.
Müdafiə Nazirliyi ayrıca qeyd edir ki, düşmənin pilotsuz uçan aparatları ilə mübarizə aparmaq üçün USAI çərçivəsində Ukraynaya əlavə lazerlə idarə olunan hərbi sursatlar veriləcək.
Paketə həmçinin NASAMS zenit sistemləri üçün əlavə döyüş sursatı, HIMARS sistemləri üçün əlavə sursat, 155 mm və 105 mm-lik artilleriya mərmiləri, tank əleyhinə TOW raketləri, Javelin və AT-4 sistemləri, 3 milyondan çox patron və qumbaraatan daxildir. 

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →