—

Azərbaycan İncəsənət Gimnaziyasının müəllim və şagird kollektivi Tbilisi şəhərinə səfər edəcək

511
Azərbaycan İncəsənət Gimnaziyasının müəllim və şagird kollektivi Tbilisi şəhərinə səfər edəcək
Dinləmək üçün basın

Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının müəllim və şagird kollektivi 9-11 noyabr 2023-cü il tarixlərində Zəfər Günü və Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı keçiriləcək…

Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının müəllim və şagird kollektivi 9-11 noyabr 2023-cü il tarixlərində Zəfər Günü və Ümummilli Lider Heydər Əliyevin 100 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə çıxış etmək məqsədilə Gürcüstanın paytaxtı Tbilisi şəhərinə səfər edəcək.

InterPress.ge xəbər verir ki, Azərbaycanın Əməkdar artisti Firuzə İbadova, Prezident təqaüdçüləri olan musiqiçilər və xanəndələrin daxil olduğu kollektiv noyabrın 11-də Tbilisidə “Zəfər Sədaları” adlı konsert proqramı ilə çıxış edəcək.

Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyi, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) dəstəyi və Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin təşkilatçığı ilə baş tutacaq konsert proqramında iştirak etmək istəyən şəxslər aşağıda qeyd olunan telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər:

Tel: +995 598 32 00 09

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →