—

Bəyan edilməmiş qızıl-zinət əşyalarının ölkəyə gətirilməsinin qarşısı alınıb

410
Bəyan edilməmiş qızıl-zinət əşyalarının ölkəyə gətirilməsinin qarşısı alınıb
Dinləmək üçün basın

Ötən ayın məlumatına görə, Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin “Sarp”, “Sadaxlı-Avtomobil ”, “Kutaisi Hava Limanı” və “Qırmızı Körpü” gömrük-keçid məntəqələrində aparılan yoxlamalar nəticəsində külli miqdarda…

Ötən ayın məlumatına görə, Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin “Sarp”, “Sadaxlı-Avtomobil ”, “Kutaisi Hava Limanı” və “Qırmızı Körpü” gömrük-keçid məntəqələrində aparılan yoxlamalar nəticəsində külli miqdarda (ümumi çəkisi 488,58 qram) bəyan edilməmiş qızıl-zinət əşyaları aşkar edilib.

InterPress.ge xəbər verir ki, müvafiq məlumatı Maliyyə Nazirliyinin Gəlirlər Xidməti yayıb.

Məlumata görə, bəyan edilməmiş malların ümumi gömrük dəyəri 30 279,73 lari təşkil edib. Gürcüstan Gömrük Məcəlləsinin 168-ci maddəsinin I hissəsinə uyğun olaraq qanunu pozan vətəndaşlara sanksiya qismində 30 279,73 lari məbləğində cərimə tətbiq edilib və bir qanun pozucusu, xarici ölkə vətəndaşının iş materialları Maliyyə Nazirliyinin İstintaq Xidmətinə təhvil verilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →