—

Prokurorluq Marneulidə ananı 14 yaşlı qızını zorla ərə vermə faktı ilə ittiham edib

733
Prokurorluq Marneulidə ananı 14 yaşlı qızını zorla ərə vermə faktı ilə ittiham edib
Dinləmək üçün basın

Prokurorluq 14 yaşlı qızın anasını zorla ərə vermə faktı ilə ittiham edib.

InterPress.ge xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin apardığı istintaq müəyyən edib ki, Marneuli bələdiyyəsində təqsirləndirilən şəxs cinsi ayrı-seçkilik zəminində azyaşlının fikrinin əhəmiyyəti olmadığına inanıb və 14 yaşlı qızı zorla evləndirməyə çalışıb.

Zərərçəkmiş təqsirləndirilən şəxsin təzyiqindən evdən qaçmaqla xilas olub.

Məhkəmənin qərarı əsasında polis əməkdaşları oktyabrın 31-də təqsirləndirilən şəxsi saxlayıblar.

Prokurorluq qanunla müəyyən edilmiş müddətdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətlə məhkəməyə müraciət edəcək.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →