—

Azərbaycanın baş naziri: "Azərbaycan və Gürcüstan Avropanın enerji təhlükəsizliyi üçün strateji layihələr həyata keçirir"

500
Azərbaycanın baş naziri: "Azərbaycan və Gürcüstan Avropanın enerji təhlükəsizliyi üçün strateji layihələr həyata keçirir"
Dinləmək üçün basın

Azərbaycan və Gürcüstan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verirlər və birgə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, eləcə də Cənub Qaz Dəhlizi bu baxımdan strateji…

Azərbaycan və Gürcüstan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verirlər və birgə həyata keçirilən Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, eləcə də Cənub Qaz Dəhlizi bu baxımdan strateji layihələr hesab edilir.

InterPress.ge xəbər verir ki, bunu Azərbaycanın Baş naziri Əli Əsədov oktyabrın 26-da Tbilisidə keçirilən 4-cü Beynəlxalq İpək Yolu Forumunda çıxışı zamanı bildirib.

O deyib ki, Cənub Qaz Dəhlizi Azərbaycan qazının Avropaya birbaşa nəql edilməsinə imkan yaradıb: "Ötən ilin iyul ayında Azərbaycan ilə Avropa Komissiyası arasında Anlaşma Memorandumu imzalanıb və sənədə əsasən, 2027-ci ilə qədər Azərbaycandan təbii qaz təchizatının həcmi iki dəfə artırılacaq".

Baş nazir qeyd edib ki, eyni zamanda, bu gün Azərbaycan Gürcüstanla birlikdə Avropaya "yaşıl enerji" körpüsünü salmağa başlayır: "Bununla bağlı ötən ilin dekabr ayında Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında strateji tərəfdaşlıq haqqında Saziş imzalanıb. Artıq Bolqarıstan da layihəyə qoşulmaq niyyətini ifadə edib. Ümidvarıq ki, bu layihə bir çox Avropa ölkələrinin enerji təhlükəsizliyinə əlavə töhfə verəcək".

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →