—

Prokurorluq qadına qarşı zorakılıqda günahlandırılan şəxsə qabaqlayıcı tədbir olaraq girov təminatı qərarına appelyasiya şikayəti verəcək

386
Prokurorluq qadına qarşı zorakılıqda günahlandırılan şəxsə qabaqlayıcı tədbir olaraq girov təminatı qərarına appelyasiya şikayəti verəcək
Dinləmək üçün basın

Gürcüstan Prokurorluğu qadınlara qarşı zorakılıqda təqsirləndirilən şəxslər barəsində Tbilisi şəhər məhkəməsinin həbs qətimkan tədbiri kimi girov təminatı ilə razılaşmır.

Gürcüstan Prokurorluğu qadınlara qarşı zorakılıqda təqsirləndirilən şəxslər barəsində Tbilisi şəhər məhkəməsinin həbs qətimkan tədbiri kimi girov təminatı ilə razılaşmır.

lnterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Prokurorluğu bəyanat yayıb.

Bəyanatda qeyd edilib ki, qərardan cavabdeh tərəfə apellyasiya şikayəti veriləcək.

“Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaq zamanı müəyyən edilib ki, oktyabrın 23-də Tbilisidə təqsirləndirilən şəxs qadına qarşı cinsi ayrı-seçkilik zəminində zorakılıq edib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi elə həmin gün saxlauyıb. O, Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsinin birinci hissəsi (zorakılıq) ilə ittiham olunub.
Prokurorluq təqsirləndirilən şəxsin həbs qətimkan tədbiri kimi həbsinin dayandırılması barədə vəsatətlə Tiflis Şəhər Məhkəməsinə müraciət etsə də, məhkəmə həbs qətimkan tədbiri kimi təqsirləndirilən şəxsə 10 000 lari girov təyin edib. Cinayət işi üzrə istintaq davam etdirilir”, - məlumatda bildirilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →