Didi Diğumidə baş verən bıçaqlanma ilə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.
InterPress.ge-nin məlumatına görə, paylayıcı maşının sürücüsü ilə yüngül avtomobilin sürücüsü arasında münaqişə yaranıb.
Xəsarət alan şəxs paylayıcı maşının sürücüsüdür, ayağından soyuq silahla yaralanıb və "Vivamed" klinikasına yerləşdirilib.
Hüquq-mühafizə orqanları yaralının yanındakı şəxsi də dindirməyə aparıb. Kişini bıçaqlayan şəxsin saxlanılıb - saxlanılmaması məlum deyil.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
