—

Bu il Rusiyadan Gürcüstana bir milyondan çox səyahətçi gəlib

469
Bu il Rusiyadan Gürcüstana bir milyondan çox səyahətçi gəlib
Dinləmək üçün basın

2023-cü ilin üç rübündə Gürcüstana 5 566 980 beynəlxalq səyahətçi səfər edib ki, bu da pandemiyadan əvvəlki dövrün məlumatlarının 76,9% bərpasıdır və 2022-ci illə müqayisədə artım 43% təşkil edir.

2023-cü ilin üç rübündə Gürcüstana 5 566 980 beynəlxalq səyahətçi səfər edib ki, bu da pandemiyadan əvvəlki dövrün məlumatlarının 76,9% bərpasıdır və 2022-ci illə müqayisədə artım 43% təşkil edir.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Turizm Administrasiyasının beynəlxalq səyahətçilərin yanvar-sentyabr ayları üzrə statistik məlumatlarında deyilir.  

Hesabat dövründə ən çox səyahətçi - 1 149 053 nəfər Rusiyadan səfər edib. Bu göstərici ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 47,3% çoxdur, pandemiyadan əvvəlki 2019-cu ilin eyni göstəricisindən isə 4,7% azdır.

O cümlədən, 2022-ci ilin yanvar-sentyabr aylarında Gürcüstana Rusiyadan 780 339, 2019-cu ilin eyni dövründə isə 1 205 974 səyahətçi səfər edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →