—

Sergey Lavrov: "Gürcüstanın indiki hakimiyyətinin bütün hərəkətləri milli maraqlara söykənir"

421
Sergey Lavrov: "Gürcüstanın indiki hakimiyyətinin bütün hərəkətləri milli maraqlara söykənir"
Dinləmək üçün basın

"Hamı razıdır ki, “3+3” formatının qapısı Gürcüstan üçün açıqdır. Biz başa düşürük ki, Gürcüstan hökuməti niyə “altılığa” qoşulmaqdan çəkinir”.

"Hamı razıdır ki, “3+3” formatının qapısı Gürcüstan üçün açıqdır. Biz başa düşürük ki, Gürcüstan hökuməti niyə “altılığa” qoşulmaqdan çəkinir”.

InterPress.ge xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranda deyib.

“Biz Tbilisinin gələcəkdə bu qərarı vermək şansını özündə saxlaması faktını yüksək qiymətləndiririk. Hər halda Gürcüstanın indiki hakimiyyətinin bütün hərəkətləri milli maraqlara söykənir və bu, dəfələrlə sübuta yetirilib. Bu, yaxın gələcəkdə “3+3” formatının tam formalaşacağına inanmağa imkan verir”, - deyə Lavrov bildirib.

Məlumat üçün bildirək ki, dünən Tehranda keçirilən “3+3” formatlı görüşdə Gürcüstan nümayəndə heyəti iştirak etməyib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →