—

Sinoptiklər qarşıdakı günlərin hava proqnozunu açıqladı - Yağış və külək gözlənilir

750
Sinoptiklər qarşıdakı günlərin hava proqnozunu açıqladı - Yağış və külək gözlənilir
Dinləmək üçün basın

Oktyabrın 24-ü günün ikinci yarısından 25-i günün birinci yarısınadək Qərbi Gürcüstanın əksər rayonlarında və Şərqi Gürcüstanın bəzi yerlərində (əsasən Şida Kartlidə, həmçinin dağlıq rayonlarda) şimşək çaxacağı, yağış…

Oktyabrın 24-ü günün ikinci yarısından 25-i günün birinci yarısınadək Qərbi Gürcüstanın əksər rayonlarında və Şərqi Gürcüstanın bəzi yerlərində (əsasən Şida Kartlidə, həmçinin dağlıq rayonlarda) şimşək çaxacağı, yağış yağacağı gözlənilir. 

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi bildirib.

Onların məlumatına görə, oktyabrın 23-də Tbilisidə hava əsasən yağmursuz keçəcək. Oktyabrın 24-25-də şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın temperaturu gündüz +23, +25 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): oktyabrın 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, oktyabrın 24-də gündüz və 25-də qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Oktyabrın 23-25-də havanın temperaturunun gündüz 20, 22 dərəcə isti olacağı gözlənilir.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistskaro) oktyabrın 23-25-də hava əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz +22, +24 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): oktyabrın 23-də hava yağmursuz keçəcək. Oktyabrın 24-25-də qısamüddətli yağış yağacağı ehtimalı var. Havanın temperaturu gündüz +15-17 dərəcə təşkil edəcək.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →