—

Tbilisidə Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş konsert keçirilib - FOTO

549
Tbilisidə Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə həsr olunmuş konsert keçirilib - FOTO
Dinləmək üçün basın

Tbilisidə Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün 32-ci ildönümünə həsr olunmuş “Klassik Musiqi Gecəsi” adlı konsert keçirilib.

Tbilisidə Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün 32-ci ildönümünə həsr olunmuş “Klassik Musiqi Gecəsi” adlı konsert keçirilib.

InterPress.ge xəbər verir ki, konsert Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi, Xan Şuşinski Fondu və “Alyans” Gənclər Mərkəzinin təşkilatçılığı ilə Tbilisi Dövlət Konservatoriyasında baş.tutub.

Konsert öncəsi çıxış edən “Alyans” Gənclər Mərkəzinin rəhbəri Leyla Əmrahova qonaqları bu əlamətdar gün münasibətilə təbrik edib. Azərbaycanın müstəqilliyinin qorunub saxlanılmasında və möhkəmləndirilməsində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin misilsiz xidmətlər göstərdiyini vurğulayıb. Bu il ilk dəfə olaraq bu bayramın Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Qarabağ üzərində suverenliyinin tam təmin olunduğu şəkildə qeyd edildiyini diqqətə çatdırıb.   

Konsert zamanı Azərbaycanın incəsənət xadimləri – əməkdar artist Nərgiz Kərimova, beynəlxalq festival və müsabiqə laureatları Əminə Zülfüqarova, Nigar Həsənova və Gülsüm Xəlilovanın ifalarında Azərbaycanın bəstəkar və xalq musiqisindən ibarət repertuar təqdim edilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →