—

Avropa Komissiyası Rusiyaya qarşı 12-ci sanksiyalar paketi ilə bağlı məsləhətləşmələrə başlayacaq

313
Avropa Komissiyası Rusiyaya qarşı 12-ci sanksiyalar paketi ilə bağlı məsləhətləşmələrə başlayacaq
Dinləmək üçün basın

Avropa Komissiyası (AK) tezliklə bir sıra Avropa İttifaqı ölkələri ilə Rusiya Federasiyasına qarşı mümkün 12-ci sanksiyalar paketinin təfərrüatları ilə bağlı məsləhətləşmələrə başlayacaq.

Avropa Komissiyası (AK) tezliklə bir sıra Avropa İttifaqı ölkələri ilə Rusiya Federasiyasına qarşı mümkün 12-ci sanksiyalar paketinin təfərrüatları ilə bağlı məsləhətləşmələrə başlayacaq.

InterPress.ge xəbər verir ki, bu barədə “EUobserver” məlumat yayıb.

Qeyd olunub ki, bu həftəsonu və ya gələn həftənin əvvəlində Avropa Komissiyası növbəti sanksiyalar paketi ilə bağlı Avropanın bir çox dövlətləri ilə bağlı qapılar arxasında məsləhətləşmələr keçirəcək.

Belə ki, “qara siyahı”ya Rusiya almazlarının alınması daxil ediləcək. Eyni zamanda, adı açıqlanmayan bir Aİ diplomatı jurnalistlərə deyib ki, “G7”də təmsil olunan Qərb dövlətləri yaxın bir neçə gün ərzində Rusiya almazlarına qadağa elan etməyə hazırdırlar.

Bu arada, Litva və Polşa artıq sanksiya təkliflərinin təfərrüatlı variantlarını təqdim ediblər. Beləliklə, Litva Aİ-dən “Rosatom”la yeni tranzaksiyalara qadağa qoyulmasını və Rusiyadan uran, LNG və poladın alınmasına qadağa tətbiq etməsini, Rusiya şirkətlərinə İT xidmətlərinin göstərilməsini məhdudlaşdırmasını, lazer texnologiyalarının Rusiya Federasiyasına ixracını dayandırmasını istəyir.

Həmçinin, Litva hakimiyyəti Rusiya hərbçiləri üçün ixracı qadağan edilməli olan 77 zəruri mal müəyyən edib. Bundan əlavə, Vilnüs qeyd edib ki, Rusiya Aİ şirkətlərinin təqdim etdiyi bulud texnologiyalarından istifadə edir.

Öz növbəsində Polşa “Rosatom”la iş görmək, İT xidmətlərinin göstərilməsi, Aİ-dən maye qaz və almaz idxalına qadağa qoyulmasını istəyir. Estoniya Rusiya Federasiyası ilə tam ticarət embarqosu tətbiq etmək niyyətindədir, lakin Tallinin təklifləri hələ də işlənmə mərhələsindədir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →