—

Prezident hakim partiyaya: "Bu gün mənim yox, sizin taleyiniz həll olunur"

389
Prezident hakim partiyaya: "Bu gün mənim yox, sizin taleyiniz həll olunur"
Dinləmək üçün basın

" Belə çıxır ki, dünən sizə “kiçik adamlar” deyəndə incimisiniz, gözləyin görün öz övladlarınız, gələcək nəsillər və öz seçiciləriniz sizi hansı terminlərlə ifadə edəcəklər və bu proseslə mən heç nə itirmirəm - bu gün…

"Belə çıxır ki, dünən sizə “kiçik adamlar” deyəndə incimisiniz, gözləyin görün öz övladlarınız, gələcək nəsillər və öz seçiciləriniz sizi hansı terminlərlə ifadə edəcəklər və bu proseslə mən heç nə itirmirəm - bu gün mənim yox, sizin taleyiniz həll olunur".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan prezidenti Salome Zurabişvili onun impiçmenti məsələsinin müzakirə olunduğu parlamentin plenar iclasında bildirib.

Onun fikrincə, hakim komanda bu gün onu yox, özünü, ölkəni, onun Avropa gələcəyini impiçment edir.

Zurabişvilinin qeyd etdiyinə görə, o, heç nə gözləmir və çox gözəl bilir ki, artıq qərar verilib.

"80 kişinin bir qadına qarşı mübarizəsi çox asan görünür, amma inanmayın. Bu gün Gürcüstanın gələcəyinin sizin yox, onların əlində olduğuna inananlarla mübarizəni sona qədər aparmaq üçün nə insanların mənə inamından, nə sevgisindən, nə də enerjimdən heç nə əskik olmayacaq! Və bu gələcək onların demokratiyasından, azadlığından, müstəqilliyindən və Avropa ailəsinə qayıdışından ayrılmazdır!” – Zurabişvili bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →