—

"Milli Hərəkat"ın üzvləri yaxın günlərdə çörək və qənnadı məmulatlarının qiymətinin artacağını bildirirlər

413
"Milli Hərəkat"ın üzvləri yaxın günlərdə çörək və qənnadı məmulatlarının qiymətinin artacağını bildirirlər
Dinləmək üçün basın

"Hökumətin dünənki qərarında çörək unu, arpa və kəpəyin idxalına qoyulan verginin artırılması nəzərdə tutulur ki, bu da qarşıdan gələn bayramlarda çörək və qənnadı məmulatlarının qiymətlərinin kəskin artacağını…

"Hökumətin dünənki qərarında çörək unu, arpa və kəpəyin idxalına qoyulan verginin artırılması nəzərdə tutulur ki, bu da qarşıdan gələn bayramlarda çörək və qənnadı məmulatlarının qiymətlərinin kəskin artacağını göstərir".

InterPress.ge xəbər verir ki, bunu "Vahid Milli Hərəkat”ın üzvləri Kaxa Mikeladze və Laşa Adamia brifinqdə bildiriblər.

Kaxa Mikeladzenin sözlərinə görə, hökumət yerli fermerləri dəstəklədiyini söyləməyə çalışır, lakin buğda biznesi sahəsində baş nazir İrakli Ğaribaşvilinin ailəsinin maraqları aydın görünür.

“Gürcüstanda ayda 30 min ton çörək unu istehlak olunur ki, bunun da 7 min tonu çörək istehsalı, qalanı isə digər məhsullar üçün nəzərdə tutulub. Hakimiyyət yerli dəyirmançılara kömək etdiklərini söyləməyə çalışır, lakin burada Ğaribaşvili ailəsinin buğda biznesi sahəsində maraqları aydın görünür. Gürcüstan xalqına müraciət edirik, çörəyin qiymətinin 4-5 dəfə artmasını istəmiriksə, İvanişvilinin rus rejimini tez bir zamanda hakimiyyətdən uzaqlaşdırmalıyıq ki, bir daha onların bədxahlığının qurbanı olmayaq. ”, - deyə Kaxa Mikeladze bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →