—

Ermənilər kütləvi şəkildə Qarabağı tərk edir

1,992
Ermənilər kütləvi şəkildə Qarabağı tərk edir
Dinləmək üçün basın

13500-dən çox insan Qarabağdan Ermənistana köçüb.

13500-dən çox insan Qarabağdan Ermənistana köçüb.

InterPress.ge xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

 “Sentyabrın 26-da səhər saat 8:00-a olan məlumata görə, Dağlıq Qarabağdan 13 550 məcburi köçkün Ermənistan Respublikasına daxil olub”, - Ermənistan hökumətinin bəyanatında deyilir.

Onların bildirdiyinə görə, hökumət əvvəlcədən müəyyən edilmiş yaşayış yeri olmayan bütün vətəndaşları müvafiq mənzillə təmin edəcək.

Xatırladaq ki, Azərbaycanın bu bölgədə apardığı əməliyyatdan sonra Qarabağ bölgəsinin etnik erməni əhalisi bölgəni tərk etməyə başlayıb.

Qarabağı tərk edən ermənilər jurnalistlərə müsahibəsi zamanı öz istəkləri ilə Qarabağı tərk etdiklərini qeyd ediblər.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →