—

Hikmət Hacıyev: Ordumuz Qarabağda qanunsuz qüvvələrin müdafiə xəttini yarıb

413
Hikmət Hacıyev: Ordumuz Qarabağda qanunsuz qüvvələrin müdafiə xəttini yarıb
Dinləmək üçün basın

"Azərbaycan Ordusu Qarabağda bir neçə istiqamətdə qanunsuz erməni silahlı birləşmələrinin müdafiə xəttini yarıb və strateji məqsədlərini həyata keçirmək əzmindədir".

"Azərbaycan Ordusu Qarabağda bir neçə istiqamətdə qanunsuz erməni silahlı birləşmələrinin müdafiə xəttini yarıb və strateji məqsədlərini həyata keçirmək əzmindədir".

InterPress.ge xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Reuters”ə açıqlayıb.

Hacıyevin sözlərinə görə, Bakı yalnız tərksilah edilmiş Qarabağ erməniləri ilə danışmağa hazırdır. O xatırladıb ki, Azərbaycanın qonşu Ermənistanda heç bir hərbi hədəfi yoxdur.

“Azərbaycanın niyyəti düşmənçilik və qarşıdurma səhifəsini bağlamaqdır. Yetər. Biz artıq öz ərazimizdə bu cür silahlı qüvvələrin, eləcə də Azərbaycanın təhlükəsizliyinə və suverenliyinə hər gün meydan oxuyan strukturun olmasına daha dözə bilmərik”, - Prezidentin köməkçisi vurğulayıb.

Onun sözlərinə görə, Bakı antiterror əməliyyatları ilə strateji hədəfinə - öz ərazisi üzərində suverenliyini təmin etməyə - nail olacağına inanır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →