—

Saakaşvili: "Mənə qarşı “uydurma” işlərin bütün təfərrüatları ABŞ-ın sanksiyasına məruz qalmış Otar Partsxaladze tərəfindən tərtib edilib"

580
Saakaşvili: "Mənə qarşı “uydurma” işlərin bütün təfərrüatları ABŞ-ın sanksiyasına məruz qalmış Otar Partsxaladze tərəfindən tərtib edilib"
Dinləmək üçün basın

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili yazıb ki, ona qarşı “uydurma” işlərin bütün təfərrüatları ABŞ-ın sanksiyasına məruz qalmış Otar Partsxaladze tərəfindən tərtib edilib və o, təkcə Bidzina İvanişvili ilə…

Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşvili yazıb ki, ona qarşı “uydurma” işlərin bütün təfərrüatları ABŞ-ın sanksiyasına məruz qalmış Otar Partsxaladze tərəfindən tərtib edilib və o, təkcə Bidzina İvanişvili ilə deyil, həm də Moskva ilə razılaşdırmaqla bunu edir.

InterPress.ge xəbər verir ki, sabiq prezident bu barədə sosial şəbəkədə yazıb.

“İşlərimin bütün təfərrüatlarını götürən Partsxaladzedir. O, Kbilaşvili rəhbərinin tapşırığını yerinə yetirməkdən imtina etdikdən və mənə qarşı iş başlatmayandan sonra prokuror təyin edilib.

Bundan sonra İvanişvili “Potas işi”nə görə onu vəzifəsindən uzaqlaşdırmağa məcbur olsa da, əslində prokurorluq və məhkəməni kölgədən idarə edən odur.

Amerikalılar da bütün bunları çox gözəl bilirlər”, - Mixeil Saakaşvili yazıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →