—

Nikol Paşinyan: “ Ermənistan artıq öz təhlükəsizliyinin qarantı kimi Rusiyaya arxalana bilməz“

372
Nikol Paşinyan: “ Ermənistan artıq öz təhlükəsizliyinin qarantı kimi Rusiyaya arxalana bilməz“
Dinləmək üçün basın

"Ermənistan artıq öz təhlükəsizliyinin qarantı kimi Rusiyaya arxalana bilməz". InterPress.ge xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan jurnalistlərə müsahibəsində bildirib.

"Ermənistan artıq öz təhlükəsizliyinin qarantı kimi Rusiyaya arxalana bilməz".
 
InterPress.ge xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan  jurnalistlərə müsahibəsində bildirib.

Paşinyanın sözlərinə görə, Rusiyanın Ukraynaya fəlakətli işğalı səbəbindən Ermənistan Azərbaycanla açıq münaqişəyə qayıtmaq qorxusunun artmasına baxmayaraq, öz təhlükəsizliyinin təminatçısı kimi artıq Moskvaya arxalana bilməyəcəyini qeyd edib.

“Ukraynadakı hadisələrə görə Rusiyanın imkanları dəyişib... Bizim strategiyamız belə bir vəziyyətdə başqalarından asılılığı mümkün qədər azaltmaq olmalıdır. Biz müstəqil ölkəyə, suveren ölkəyə sahib olmaq istəyirik, lakin Qərblə Şərq, Şimal və Cənub arasında toqquşmaların mərkəzində olmamaq üçün yollarımız olmalıdır... Ermənistanın "proxy" olması  ehtimalı olmamalıdır. Bu qəbuledilməzdir”, - Paşinyan bildirib.

Ermənistanın hökumət başçısı, həmçinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlarını öhdəliklərini yerinə yetirməməkdə ittiham edib: “Onlar öz missiyalarını icra edə bilmirlər. Hərçənd onlar Qarabağda olmasa idi, vəziyyətin necə inkişaf edəcəyini deyə bilmirəm”.

Baş nazirin sözlərinə görə, hazırda artan gərginlik fonunda eskalasiya ehtimalını istisna etmək mümkün deyil: “Ermənistan buna hazırdır. Bununla belə, əgər biz davamlı, əbədi dövlətçiliyə sahib olmaq istəyiriksə, ilk növbədə qonşularımızla münasibətlərimizi nizama salmaq üçün çox ciddi addımlar atmalı və çox ciddi səylər göstərməliyik”.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →