—

Azərbaycan Prezidentinin tapşırığı ilə Gürcüstana yeni tədris ilində istifadə edilməsi nəzərdə tutulan dərsliklər və müəllimlər üçün metodik vəsaitlər göndərilib

601
Azərbaycan Prezidentinin tapşırığı ilə Gürcüstana yeni tədris ilində istifadə edilməsi nəzərdə tutulan dərsliklər və müəllimlər üçün metodik vəsaitlər göndərilib
Dinləmək üçün basın

Azərbaycanın Elm və Təhsil Nazirliyi Prezident İlham Əliyevin tapşırığına əsasən Gürcüstandakı azərbaycandilli məktəblər üçün 2023-2024-cü tədris ilində istifadə edilməsi nəzərdə tutulan dərsliklər və müəllimlər üçün…

Azərbaycanın Elm və Təhsil Nazirliyi Prezident İlham Əliyevin tapşırığına əsasən Gürcüstandakı azərbaycandilli məktəblər üçün 2023-2024-cü tədris ilində istifadə edilməsi nəzərdə tutulan dərsliklər və müəllimlər üçün metodik vəsaitlər göndərib.

InterPress.ge xəbər verir ki, bu gün Tbilisiyə çatdırılmış kitablar Azərbaycanın Gürcüstandakı səfirliyinin vasitəsilə Gürcüstanın Təhsil və Elm Nazirliyinə təhvil verilib. 

Bildirilib ki, Gürcüstanın Təhsil və Elm Nazirliyinə 18 adda 21 402 nüsxə Ana dili və ədəbiyyatı dərsliyi təqdim edilib. Bu dərslik və metodik vəsaitlər Gürcüstanın Təhsil və Elm Nazirliyi tərəfindən azərbaycandilli məktəblərə paylanacaq.

Qeyd edək ki, Azərbaycan ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ildən etibarən Gürcüstanda Azərbaycan dilində təhsil alan I-XI sinif şagirdləri üçün dərsliklər göndərməkdədir. Bugünədək Azərbaycanın Elm və Təhsil Nazirliyi tərəfindən Gürcüstandakı azərbaycandilli məktəblərə ümumilikdə 600 mindən çox dərslik və digər metodik vəsait göndərilib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiLalə Əsgərova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →