—

Anasından hədə-qorxu ilə pul tələb edən və onu həyatı ilə təhdid edən şəxs saxlanılıb

537
Anasından hədə-qorxu ilə pul tələb edən və onu həyatı ilə təhdid edən şəxs saxlanılıb
Dinləmək üçün basın

Gürcüstan Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin Axmeta regional bölməsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 1973-cü il təvəllüdlü A.Ğ…

Gürcüstan Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin Axmeta regional bölməsinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş 1973-cü il təvəllüdlü A.Ğ. -ni ailə üzvünə qarşı hədə-qorxu ilə pul tələb etmək və təhdid etmək ittihamı ilə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyindən məlumat verilib.

İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs anası, 1952-ci il təvəllüdlü M.Ğ.-dan Tbilisi və Axmeta şəhərlərində ona məxsus olan 170 min lari dəyərində yaşayış evlərinin onun adına keçirilməsini istəyib. Əks halda, onu sağlamlığına ziyan vurmaqla və həyatı ilə təhdid edib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində cinayəti törətməkdə təqsirləndirilən şəxs tutulub.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →