—

Saqarecoda yol-nəqliyyat hadisəsi baş verib

333
Saqarecoda yol-nəqliyyat hadisəsi baş verib
Dinləmək üçün basın

Kaxetidə yol qəzası baş verib.

 InterPress.ge xəbər verir ki, məlumata görə, baş verən yol qəzası nəticəsində 6 nəfər xəsarət alıb.

Məlumata görə,Saqareco bələdiyyəsinin Toxliauri kəndi yaxınlığında Laqodexi-Tbilisi istiqamətində hərəkət edən mikroavtobus “Mercedes” markalı minik avtomobili ilə toqquşub.

Nəqliyyatda olan sərnişinlər yaralanıb. Onlar müxtəlif dərəcəli xəsarətlərlə təcili tibbi yardım briqadaları tərəfindən Saqareco xəstəxanasına aparılıb.

Polis hadisə yerinə səfərbər edilib.

Qəzanın ehtimal olunan səbəblərindən biri də pis hava şəraiti ilə əlaqədar görmə qabiliyyətinin zəifləməsidir.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Gürcü Patriarxlığının nümayəndə heyəti Moskvada səfərdədirAİ-nin Gürcüstandakı nümayəndəliyi Poniçalada baş verən faciə ilə bağlı başsağlığı verib22 noyabr Gürcüstanda matəm günü elan edildiPoniçalada baş verən partlayışda dağıntılar altından azyaşlının cəsədi tapılıbPoniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbSon xəbərlərə bax →