—

Təbii fəlakətdən sonra Quriyanın müxtəlif kəndlərində 2-si azyaşlı olmaqla 3 nəfər axtarılır

534
Təbii fəlakətdən sonra Quriyanın müxtəlif kəndlərində 2-si azyaşlı olmaqla 3 nəfər axtarılır
Dinləmək üçün basın

Fəlakətdən sonra Quriyanın müxtəlif kəndlərində 2-si azyaşlı olmaqla 3 nəfər axtarılır.

Fəlakətdən sonra Quriyanın müxtəlif kəndlərində 2-si azyaşlı olmaqla 3 nəfər axtarılır. 

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

“Daxili İşlər Nazirliyinin 112 dövlət idarəetmə mərkəzindən, Quriya və Acariya vilayətlərindən fövqəladə hallar xidmətində 100-dən çox məlumat daxil olub.

Güclü yağışlar nəticəsində yaşayış evlərini su basıb, ağaclar qırılıb, torpaq kütlələri dağılıb, Quriya rayonunun bir neçə kəndinin xarici aləmlə əlaqəsi kəsilib.

Daxili İşlər Nazirliyinin müvafiq qurumlarının nümayəndələri təbii fəlakət baş vermiş ərazilərə səfərbər edilərək öz səlahiyyətləri daxilində zəruri tədbirlər həyata keçirirlər.

Hazırda Quriyanın müxtəlif kəndlərində 2-si azyaşlı olmaqla 3 nəfərin axtarışı davam etdirilir.

Yanğınsöndürmə briqadaları tam səfərbər olunub, müvafiq işlər aparılır və bütün məlumatlara mərhələli reaksiya verilir”, - deyə məlumatda qeyd olunub.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiLalə Əsgərova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →