—

Tbilisi meryasi təhsil haqqının ödənilməsi ilə bağlı ərizə qəbuluna başlayır

666
Tbilisi meryasi təhsil haqqının ödənilməsi ilə bağlı ərizə qəbuluna başlayır
Dinləmək üçün basın

Tbilisi meriyası tələbə maliyyələşdirmə proqramı çərçivəsində, Sentyabrın 6-dan etibarən 2023-2024-cü tədris ilinin payız semestrinin sosial cəhətdən həssas qrupları, çoxuşaqlı ailə üzvləri və sağlamlıq imkanları məhdud…

Tbilisi meriyası tələbə maliyyələşdirmə proqramı çərçivəsində, Sentyabrın 6-dan etibarən 2023-2024-cü tədris ilinin payız semestrinin sosial cəhətdən həssas qrupları, çoxuşaqlı ailə üzvləri və sağlamlıq imkanları məhdud tələbələr üçün təhsil haqlarının maliyyələşdirilməsi məqsədi ilə, ərizələrin qəbulu başlayır.

InterPress.ge xəbər verir ki, bələdiyyə hökumətinin iclasında paytaxt meri tələbələrə müvafiq sənədləri vaxtında Tiflis meriyasına təqdim etməyi tapşırıb.

“Sözügedən proqramda olan tələbələri fəal olmağa səsləyirəm. Maliyyələşməni əldə etmək üçün tələbələr noyabrın 30-dək müvafiq sənədləri Tbilisi meriyasına təqdim etməlidirlər. Həmçinin Tbilisi rayon administrasiyalarının xidmət mərkəzlərində və ya www.ms.gov.ge elektron platformasında müraciət etmək mümkündür. Lazımi sənədlərin siyahısı və digər ətraflı məlumatlar Tbilisi meriyasının saytında yerləşdiriləcək”, - deyə Kaxa Kaladze bildirib.

Maliyyələşdirmə metodu ilə bağlı ətraflı məlumata baxın: https://tbilisi.gov.ge/news/15067.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiLalə Əsgərova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →