—

Gürcüstan sərhədini qanunsuz keçən iki Pakistan vətəndaşı saxlanılıb

479
Gürcüstan sərhədini qanunsuz keçən iki Pakistan vətəndaşı saxlanılıb
Dinləmək üçün basın

Laqodexi “Çodniskar” diviziyasının sərhəd hissəsinin mühafizə bölməsində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 2 Pakistan İslam Respublikası vətəndaşı – 1988-ci il təvəllüdlü M.X və 2003-cü il təvəllüdlü M.U…

Laqodexi  “Çodniskar” diviziyasının sərhəd hissəsinin mühafizə bölməsində keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 2 Pakistan İslam Respublikası vətəndaşı – 1988-ci il təvəllüdlü M.X və 2003-cü il təvəllüdlü M.U. qrup halında Gürcüstanın dövlət sərhədini qanunsuz keçdikləri üçün saxlanılıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin sərhəd polisi məlumat yayıb.

“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər sərhəd-keçid məntəqəsindən yan keçərək qrup halında Azərbaycan Respublikasından Gürcüstanın dövlət sərhədini qanunsuz keçiblər”, - deyə məlumatda qeyd olunub.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsinin ikinci hissəsinin “a” bəndi ilə aparılır ki, bu da qrup halında Gürcüstanın dövlət sərhədini qanunsuz keçməyi nəzərdə tutur. Cinayət 4 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiLalə Əsgərova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →