—

Bolnisidə RMG Gold şirkətinin işlərinə etiraz edən sakinlər kömək tələb edirlər

616
Bolnisidə RMG Gold şirkətinin işlərinə etiraz edən sakinlər kömək tələb edirlər
Dinləmək üçün basın

Bolnisidə Kveşi kəndinin sakinləri RMG Gold şirkətinin işlərinə etiraz edirlər. Yerli sakinlərin sözlərinə görə, onlar dözülməz şəraitdə yaşamalı olurlar. Əhalinin sözlərinə görə, kənddə hər gün 200-dən çox iri yük…

Bolnisidə Kveşi kəndinin sakinləri RMG Gold şirkətinin işlərinə etiraz edirlər. Yerli sakinlərin sözlərinə görə, onlar dözülməz şəraitdə yaşamalı olurlar. Əhalinin sözlərinə görə, kənddə hər gün 200-dən çox iri yük maşını hərəkət edir ki, bu da toz və səs-küyə səbəb olur, azyaşlı uşaqların təhlükəsizliyi təhlükə altındadır.

InterPress.ge xəbər verir ki, kənd sakinləri kömək istəyir.

Yerli əhali şirkətdən yolun bu hissəsindən istifadəni dayandırmağı və kənddə müvafiq infrastrukturun təşkilini tələb edir.

 "Bu səs-küy bizi gecə-gündüz narahat edir, indi dərslər başlayır, uşaqlar necə dərsə getməlidirlər, çox təhlükəlidir. 2-3 ildir ki, belə şəraitdə yaşayırıq. Yerli özünüidarə orqanlarına müraciət etmişik, amma heç kimdən cavab almamışıq”, - deyə kənd sakini bildirib 

Etirazlara baxmayaraq, RMG Gold şirkətinin və yerli hökumətin nümayəndələri xalqla görüşməyib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →