—

Saakaşvili: "Partiyanın parçalanmasına çalışanları xalq bağışlamayacaq, nə mən, nə də bizim xalqımız buna imkan verməyəcək"

449
Saakaşvili: "Partiyanın parçalanmasına çalışanları xalq bağışlamayacaq, nə mən, nə də bizim xalqımız buna imkan verməyəcək"
Dinləmək üçün basın

"Partiyanın parçalanmasına çalışanları xalq bağışlamayacaq, nə mən, nə də bizim xalqımız buna imkan verməyəcək".

"Partiyanın parçalanmasına çalışanları xalq bağışlamayacaq, nə mən, nə də bizim xalqımız buna imkan verməyəcək".

InterPress.ge xəbər verir ki, bu barədə üçüncü prezident Mixeil Saakaşvili “Milli Hərəkat”la bağlı yazıb.

Onun qeyd etdiyinə görə, istənilən süni bölgü düşmənin oyunudur.

“Mən çox xoşuma gəlir ki, mənim adımdan Sofo Caparidze Vahid Milli Hərəkatın bütün üzvləri və rəhbərliyi ilə birlikdə partiyanı güclü saxlamaq üçün çalışır.

İstənilən süni parçalanma, əlaqənin kəsilməsi, yalançı mövzuların qoyulması düşmənimizin oyunudur və düşməni sevindirməməliyik. Partiyanın parçalanmasına çalışanları xalq bağışlamayacaq, nə mən, nə də bizim xalqımız buna imkan verməyəcək. Düşünürəm ki, biz dünən Çoxatauridə əmin olduq ki, hökumət üçün əsas problem “Vahid Milli Hərəkat”dır.

Xırda incikliklərlə və şəxsi ambisiyalarla işləri görmək olmaz. Əminəm ki, birlik şəraitində qələbə qaçılmazdır və mən bu əsarətdə olduğum bütün günlərdən belə, döyüşmək və Gürcüstanı Rusiya hökumətindən azad etmək üçün fəal istifadə etmək niyyətindəyəm!”- deyə Saakaşvili “Facebook”da yazıb.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiLalə Əsgərova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →