—

Bu gündən yeni qanun qüvvəyə minir! Buna görə cərimələnə bilərsiniz

1,782
Bu gündən yeni qanun qüvvəyə minir! Buna görə cərimələnə bilərsiniz
Dinləmək üçün basın

Parlamentdə üçüncü oxunuşda “Gürcüstanın İnzibati Xətalar Məcəlləsi”nə avtonəqliyyat vasitələrinin işlənmiş qazlarında zərərli maddələrin tərkibinin müəyyən edilmiş normadan artıq olmasına görə cərimə sanksiyalarının…

Parlamentdə üçüncü oxunuşda “Gürcüstanın İnzibati Xətalar Məcəlləsi”nə avtonəqliyyat vasitələrinin işlənmiş qazlarında zərərli maddələrin tərkibinin müəyyən edilmiş normadan artıq olmasına görə cərimə sanksiyalarının tətbiqini nəzərdə tutan dəyişiklik qəbul edilib. 

InterPress.ge xəbər verir ki, qanunvericiliyə dəyişiklik 2023-ci il 4 sentyabrdan qüvvəyə minir.

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin Ətraf Mühitə Nəzarət Departamentinin nümayəndəsi Tariel İremadzenin sözlərinə görə, cərimələrin məbləği və təkrar pozuntuların müddəti müəyyən edilib.

“Cərimə sanksiyaları fiziki şəxs üçün 100 lari, hüquqi şəxs üçün isə 500 lari müəyyən edilib. Qanuna əsasən 15 günü ərzində təkrar pozuntulara yol verildikdə, cərimə üç dəfə artırılaraq 300 və 1500 lari olacaq. Həmçinin, pozuntunun 15 təqvim günü ərzində üçüncü dəfə təkrarlanması halında, cərimənin üç qat artırılaraq fiziki şəxslər üçün 600 lari, hüquqi şəxslər üçün 3000 lari təşkil edəcək”, – Tariel İremadze bildirib.

Qanun Tbilisi, Rustavi, Kutaisi və Batumidə avtomobillərin tullantılarının monitorinqini nəzərdə tutur. İremadzenin sözlərinə görə, ilk mərhələdə sadalanan 4 şəhərdə paylanacaq və avtomobilləri egzozda olan zərərli maddələrin miqdarını ölçən xüsusi ölçü cihazları ilə yoxlayacaq 10 ekipaj yaradılacaq.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →