—

Ukrayna və ABŞ rəsmiləri döyüş meydanındakı vəziyyəti müzakirə ediblər

405
Ukrayna və ABŞ rəsmiləri döyüş meydanındakı vəziyyəti müzakirə ediblər
Dinləmək üçün basın

Ukrayna Prezidenti Ofisinin rəhbəri Andriy Yermak ABŞ Prezidenti Cozef Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla telefonla danışıb.

Ukrayna Prezidenti Ofisinin rəhbəri Andriy Yermak ABŞ Prezidenti Cozef Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla telefonla danışıb.

InterPress.ge xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisindən bildirilib.

Qeyd olunub ki, tərəflər döyüş meydanındakı durumu müzakirə ediblər. A.Yermak həmsöhbətini döyüş meydanındakı vəziyyət, cəbhənin ayrı-ayrı istiqamətlərində müdafiə qüvvələrinin uğurlu irəliləyişi barədə məlumatlandırıb.

O bildirib ki, 10 bəndlik Sülh Formulunun icrası üçün işçi qrupu yaradılıb.

Tərəflər, həmçinin Ukraynaya təhlükəsizlik zəmanətləri barədə danışıblar.

A.Yermak ABŞ-ın Ukraynaya dəstəyinə görə minnətdarlığını bildirib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiHumay Məmmədova

Son xəbərlər

Poniçalada dağıntılar altından daha bir nəfərin meyiti çıxarılıbTbilisidəki faciə ilə bağlı ilk başsağlığı Azərbaycandan gəldi – Azərbaycan XİN başsağlığı verirPoniçalada baş verən partlayışda ölənlərin sayı artıbKaxa Kaladze Poniçaladakı hadisə ilə bağlı: Binanın yalnız iki girişində problem var, qalan hissəsi yaşayış üçün yararlıdırPoniçalada xilasedicilər dağıntılar altından azyaşlı uşağı sağ çıxarıblarSon xəbərlərə bax →